SİYASƏT
Almaniyanın Azərbaycandakı səfiri QHT-lərə Dövlət Dəstəyi Şurasında olub
AZƏRTAC xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında qonaqlara məlumat verib. Ötən ildən etibarən xarici QHT-lər üçün qrant müsabiqəsinin həyata keçirildiyini deyən A.Quliyev Almaniyanın bir sıra ictimai təşkilatlarının da layihələrinin dəstəkləndiyini qeyd edib. O, milli QHT-lərin xarici mənbələrdən asılılığının aradan qaldırılması üçün gələn ildən yerli donorlara ayrılan vəsaitin həcminin bir neçə dəfə artırılması ilə əlaqədar hökumətə təklif irəli sürdüklərini diqqətə çatdırıb.
A.Quliyev bir sıra beynəlxalq təşkilatların və Avropa dövlətlərinin nümayəndələrinin ölkəmizə qarşı münasibətdə ikili standartlardan çıxış etdiklərini və bunun haqlı olaraq narazılıq doğurduğunu bildirib.
Səfir Haydrun Tempel Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətini yaxından izlədiklərini deyib. O, Şuranın xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Almaniya və digər Avropa ölkələrinin təşkilatlarının layihələrinin dəstəklənməsini maraqla qarşıladığını bildirib.
H.Tempel Almaniya-Azərbaycan münasibətlərinin inkişafı, QHT-lər haqqında qanunvericiliyə edilən dəyişikliklər və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.