QAN YADDAŞI
Almaniyanın Bielefeld şəhərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir
Bielefeld, 2 aprel (AZERTAC). Almaniyada fəaliyyət göstərən Nordreyn-Vestfalen Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Bielefeld şəhərində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
Cəmiyyətin sədri Təranə Tağıyeva tədbir iştirakçılarına soyqırımı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, erməni daşnakları bolşeviklərin köməyi ilə 1918-1919-cu illərdə azərbaycanlılara və Azərbaycanın başqa bölgələrində yaşayan dağ yəhudilərinə, ləzgilərə, talışlara, kürdlərə qarşı amansız qırğınlar törətmişlər.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hər il martın 31-i rəsmən Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri Mehmet Ali Ölmez çıxışında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrindən danışmışdır.
Vüqar Seyidov
AzәrTAc-ın xüsusi müxbiri
Berlin