DÜNYA


Almaniyanın Veymar şəhərində soğan festivalı başlanıb

A+ A

Berlin, 10 oktyabr, AZƏRTAC 

Azərbaycanda keçirilən məşhur festivallar, o cümlədən Göyçayda nar, Qubada alma, Gəncədə plov və Şəkidə paxlava festivalları hamıya məlumdur.

Bəs Almaniyada hansı festivallar keçirilir?

Bu gün Veymar şəhərində məşhur Soğan Bazarı (Zwiebelmarkt) açılıb. Bu, Şərqi Almaniyanın populyar payız bayramlarından biridir. Yarmarka barədə ilk yazılı məlumat 1653-cü ilə gedib çıxır. Ənənə ADR vaxtında da davam edib. Həmin vaxt bazara bir neçə gün ərzində 120 minədək adam gəlib. 1970-ci ildə burada 100 ton soğan satılıb. Bu il təşkilatçılar 300 min nəfərin gəlməsini gözləyir. Bayram bazar gününədək davam edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.