İQTİSADİYYAT
Almaniyanın aparıcı KİV nümayəndələri Azərbaycanda olub
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə bu ölkənin “Reutlinger Generalanzeiger”, “Munchner Merkut”, “Rheinische Post”, “Welt am Sonntag”, “Nurnberger Nachrichten” qəzetlərinin və “Gour-med”, “SRT/Mortimer Reisemagazin” jurnallarının əməkdaşları Bakıda olub.
Aparıcı KİV nümayəndələrinin səfəri Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan “Aviareps Tourism GmbH” şirkəti arasında əməkdaşlıq çərçivəsində reallaşıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, almaniyalı media mənsubları Bakıdakı bir sıra mehmanxanaların fəaliyyəti ilə tanış olub, tarix mədəniyyət abidələrini ziyarət ediblər.
Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı, İsmayıllı, Qəbələ və Şəkiyə səfər edib, bu regionların turizm potensialı haqqında ətraflı məlumat toplayıblar.