MƏDƏNİYYƏT
Almaniyanın aparıcı KİV nümayəndələri üçün "Azərbaycanda spa və idman turizmi" mövzusunda press-tur
Bakı, 5 sentyabr, AZƏRTAC
Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə "Aviareps Tourism" şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədlə "Aviareps Tourism GmbH" şirkəti ilə 2015-2016-cı illər üzrə müvafiq müqavilə imzalanaraq tədbirlər planı təsdiq olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq sentyabrın 5-dən 12-dək Azərbaycanın turizm potensialının Almaniya mətbuatında işıqlandırılması məqsədilə bu ölkənin aparıcı KİV nümayəndələri üçün "Azərbaycanda spa və idman turizmi" mövzusunda press-turun keçirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində KİV nümayəndələrinin paytaxt Bakı ilə yanaşı, Quba və Qusar rayonlarına səfərləri planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]