DÜNYA


Almaniyanın daxili işlər naziri müsəlmanlardan ucdantutma şübhələnməyin əleyhinədir

A+ A

Berlin, 16 iyun, AZƏRTAC

Almaniyanın daxili işlər naziri Tomas de Mezyer Nitsada törədilmiş terror aksiyasından sonra Avropa cəmiyyətini müsəlmanlardan ucdantutma şübhələnməkdən çəkindirib. Nazir “Bild” qəzetinin 16 iyul tarixli nömrəsində dərc olunan müsahibəsində bildirib ki, qərəzli fikirlər və əsassız ittihamlar ictimai birliyə təhlükə yaradır. Nazir deyib: “Burada doğulub-böyüyən müsəlmanların böyük əksəriyyətini cəmiyyətimizin bir hissəsi kimi qəbul etdiyimiz üçün bu, sadəcə onlara münasibətdə böyük yanlışlıq olardı”.

Bununla bərabər, Tomas de Mezyer qeyd edib ki, bütün dinc müsəlmanlar açıq və mütəşəkkil şəkildə cihadçılardan uzaq durmalıdırlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.