DÜNYA


Almaniyanın iri şirkətləri "Deutshe Bank"a kapital verməyə hazırdır

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Almaniyanın bir neçə nüfuzlu şirkətinin rəhbərləri ölkənin ən iri bankı "Deutsche Bank"ın problemlərini müzakirə edib və bankı dəstəkləmək üçün kapital verməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə "Hendelsblatt" nəşri məlumat yayıb.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, şirkət fövqəladə planı çərçivəsində "Deutsche Bank"ın rezervlərini artırmaq üçün bankın səhmlərini alacaq. "Berlin, öz növbəsində, özəl sektorun müdaxiləsini alqışlayır. "Deutsche Bank" üçün bazarın dəstəklənməsi istənilən halda dövlət pullarının istifadəsindən yaxşıdır", - deyə mənbə bildirir.

Nəşr banka kapital axını imkanını müzakirə edən şirkətin adını açıqlamır. "Deutsche Bank" isə şərh verməkdən imtina edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.