DÜNYA


Almaniyanın sabiq kansleri Helmut Kol vəfat edib

Bakı, 16 iyun, AZƏRTAC

Almaniyanın sabiq kansleri Helmut Kol 87 yaşında Lyudviqshafen-am-Rayn şəhərindəki evində dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS informasiya agentliyi “Bild” nəşrinə istinadla məlumat yayıb.

Helmut Kol 1982-1998-ci illərdə Almaniya hökumətinə başçılıq edib. O bu vəzifəni 4 dəfə ardıcıl tutan yeganə siyasətçidir.

Helmut Kol AFR-in başçısı kimi Avropanın və Almaniyanın birləşməsi və “soyuq müharibənin” bitməsi prosesində böyük rol oynayıb. Məhz bu səbəbdən onu xalq arasında “birlik kansleri” də adlandırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.