DÜNYA


Almaniyanın şimalında son on ilin ən böyük daşqını qeydə alınıb

Bakı, 5 yanvar, AZƏRTAC

“Aksel” qasırğası və leysan yağışları Almaniyanın Baltik dənizi sahillərində 2006-cı ildən bəri ən böyük daşqına səbəb olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, daşqın nəticəsində sahilyanı şəhərlərin küçələri su altında qalıb. Xəsarət alanlar barədə hələlik heç bir informasiya verilmir.

Təbii fəlakətdən ən çox Rostok və Ştralzund şəhərləri zərər çəkib, Vismar liman şəhərində isə suyun səviyyəsi normadan 1,83 metr yüksəyə qalxıb. “Deutsche Welle” qəzetinin məlumatına əsasən, “Aksel” qasırğası Almanıyanın Langeoq adası yaxınlığından keçən Danimarkanın “Reederei Maersk” şirkətinə məxsus gəminin göyərtəsindəki bir neçə konteyneri aşırıb. Nəticədə dalğalar on minlərlə oyuncaq və pasxa yumurtasını sahilə atıb.

Qeyd edək ki, 2006-cı ildə Almaniyanın şərqində baş verən daşqın zamanı Elba çayının səviyyəsi 7,5 metrədək yüksəlmişdi. O vaxt Drezden şəhəri və ətrafında yaşayan 25 min sakin təxliyə olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.