MƏDƏNİYYƏT


Almaniyanın tanınmış truba ifaçısı Bakıda ustad dərsi keçib

A+ A

Bakı, 28 oktyabr, Aynur İsmayılova, AZƏRTAC

Oktyabrın 28-də “Landmark Rotunda” caz klubunda Almaniyanın tanınmış truba ifaçısı Sebastyan Studnitski cazsevərlər üçün ustad dərsi keçib.

AZƏRTAC xəbər verir ki, tanınmış alman truba ifaçısının ustad dərsi Mədəniyyət və Turizm Nazirliyi ilə

Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı əsasında ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşıb.

Ustad dərsinə kiçik musiqi konserti ilə davam edən S.Studnitski hit caz musiqi nömrələri ilə yanaşı, dünya caz əsərlərinə, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalara da müraciət edib. İfası ilə hər kəsi sehrləyən S.Studnitskinin çıxışı cazsevərlərin alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, atası musiqiçi olan S.Studnitski musiqiyə hələ uşaq yaşlarından böyük maraq göstərib. 4 yaşında pianoda, 9 yaşında isə trubada klassik musiqi ifa edib. O, yaradıcılığında müxtəlif musiqi üslublarını birləşdirir. S.Studnitski bir çox dünyaca məşhur kollektivlər və ifaçılarla əməkdaşlıq edir. Nüfuzlu caz festivallarında iştirak edən solo ifaçı, habelə müxtəlif kollektivlərin heyətində bütün dünyanı dolaşıb və ondan çox albomu işıq üzü görüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.