DÜNYA
Almaniyaya əmlak vergisini təkmilləşdirmək tövsiyə olunub
Bakı, 16 iyul, Ramiz Quliyev, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edib ki, mənzil bazarında təklifi gücləndirmək üçün Almaniyanın əmlak vergisinin dərəcəsini aşağı salması arzu olunur.
AZƏRTAC “vergilər.az” saytına istinadla xəbər verir ki, fondun məruzəsində qeyd olunduğuna görə, 2007-ci ildən bəri Almaniya hökuməti əmlak vergisinin dərəcəsini azaltmayıb. Əksinə 3,5 faizdən, 6,5 faizədək artırıb. Bundan əlavə, tikinti üçün ayrılan torpaq sahələri bəzən tikinti başa çatdırılana qədər bir neçə dəfə vergiyə cəlb olunur ki, bu da mənzil bazarındakı real mənzərəni təhrif edir.
BVF Almaniya hökumətinə ikiqat vergitutmaya yol verməmək və yeni tikintiləri maliyyə baxımından daha cəlbedici etmək məqsədilə tikinti üçün ayrılan torpaq sahələrinə ƏDV-yə oxşar vergi sistemi tətbiq etməyin mümkünlüyü məsələsinə baxmağı təklif edib.