DÜNYA


Almatı yaxınlığında təlim təyyarəsi qəzaya uğrayıb

Bakı, 10 avqust, AZƏRTAC

Qazaxıstanda Mülki Aviasiya Akademiyasına məxsus “Texnam 2002” təlim təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 9:53-də baş verib. Almatı şəhərindən 43 kilometr məsafədə yerləşən “Azem” aeroportundan havaya qalxan təyyarə təlim tapşırığını yerinə yetirən zaman yerə çırpılıb.

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. İnsident nəticəsində 2 nəfər - təlimçi-pilot və kursant həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.