DÜNYA


Almatıda həlak olanların sayı 5 nəfərə çatıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb. Onlardan 3-ü polis əməkdaşı 2-si isə mülki şəxsdir.

AZƏRTAC Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə terrorla mübarizə üzrə Almatı şəhər operativ qərargahının rəsmi nümayəndəsi Səltənət Azirbek brifinqdə bildirib.

Onun məlumatına əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əməliyyat zamanı o, müqavimət göstərsə də hazırda hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

“Hadisələri bir nəfər həyata keçirib. Hazırda bütün şübhəlilər yoxlanılır. Axtarış zamanı onun üzərindən bir neçə silah aşkarlanıb”,- deyə Azirbek qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.