DÜNYA


Almatıda yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Bakı, 7 noyabr, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində yerləşən “Almaty Towers” ticarət mərkəzində baş verən yanğın nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə fövqəladə vəziyyətlər üzrə şəhər departamentinin rəsmi nümayəndəsi Sanduqaş Baymuhambetova bildirib.

Qeyd edək ki, noyabrın 6-da altımərtəbəli “Almaty Towers” ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın ümumilikdə 1800 kvadratmetr sahəni əhatə edib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.