MƏDƏNİYYƏT


Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərində çap olunub

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

Daşkənddəki “Kamalak-PRESS” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” (tədqiqatlar, ədəbi portretlər, söhbətlər) kitabı özbək və rus dillərində çap olunub.

AZƏRTAC xəbər verir ki, 176 səhifəlik kitabın məsul redaktorları və “Ön söz”ün müəllifləri professor Qozakboy Yoldaşev və dosent Sırdaryoxon Otanova, redaktoru Muhayyo Yoldaşevadır.

Nəşrdə müəllifin Azərbaycan-özbək ədəbi əlaqələri sahəsindəki tədqiqat əsərləri yer alıb. Kitaba yazılmış “Ön söz”də deyilir ki, Almaz Ülvi iki qardaş xalqın ədəbi əlaqələri sahəsində apardığı tədqiqatlarla tanınan alimlərdəndir. Onun bu mövzudakı məqalələri Bakı, Daşkənd, Ankara, Aşqabad, Səmərqənd, Kazan və digər şəhərlərdə çap edilib. Bildirilir ki, müəllif böyük özbək şairi Əlişir Nəvai ilə bağlı silsilə məqalələr yazıb və bu iş davam etdirilir. Onun Ə.Nəvainin “Məcalis ün-nəfais” təzkirəsi haqqında mükəmməl elmi araşdırmaları diqqətəlayiqdir.

“Özbək ədəbiyyatı və Azərbaycan” kitabında müəllifin Zəhirəddin Babur, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Maqsud Şeyxzadə, Zülfiyyə və özbək ədəbiyyatının digər klassik və tanınmış simaları haqqında araşdırmaları da toplanıb.

Kitabda Azərbaycan və özbək ədəbiyyatlarının müqayisəli təhlili kontekstində təqdim olunan əsərlər ədəbi əlaqələrimizin müasir dövrdəki vacib göstəricilərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.