DÜNYA


Alp dağlarında alpinisti təxliyə etməyə çalışan helikopter qəzaya uğrayıb VİDEO

Bakı, 5 avqust, AZƏRTAC

Avstriya Alplarının ən yüksək piki olan Qrosqlokner dağında özünü pis hiss edən alpinisti təxliyə etməyə çalışan xilasedici helikopter qəzaya uğrayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident zamanı qonşu yüksəklikdə olan digər alpinist qəzanı videokameraya çəkib. Kadrlarda pilotun idarəetməni itirərək qalaya çırpıldığı aydın görünür.

Fövqəladə vəziyyət zamanı xoşbəxtlikdən helikopterin göyərtəsində olan heç kəs ciddi xəsarət almayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.