DÜNYA
Alp dağlarında qar uçqunları on nəfərin həyatına son qoyub
Paris, 1 fevral, AZƏRTAC
Son üç gündə baş verən qar uçqunları Alp dağlarının İsveçrəyə məxsus hissəsində 10 xizək həvəskarının həyatına son qoyub. Alp dağlarında bir neçə gün ərzində yağan 1-1,2 metr qalınlığındakı qarın yaratdığı uçqunlar on nəfərin həyatına son qoyub.
Xizək həvəskarlarının onlar üçün ayrılan meydançalardan kənarda sürüşmələri faciəli hadisələrlə nəticələnib. Alp dağlarının İsveçrəyə aid hissəsindəki 2200 metrlik Piz Vilon zirvəsində yeddi xizəkçi qar uçqunu nəticəsində həlak olub. Daha üç nəfər isə Oberland sürüşmə meydançasından kənarda xizək sürərkən qar uçqunları onları haqlayıb. Güclü qar uçqunu İsveçrə vətəndaşları olan hər üç xizək həvəskarının həyatını itirməsi ilə nəticələnib.
Xilasedicilər qar uçqunu altında qalanların cəsədlərini çətinliklə çıxarıblar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]