DÜNYA
Alsgeymer xəstəliyini ilkin mərhələdə aşkarlamaq üçün proqram yaradılıb
Alsgeymer xəstəliyini ilkin mərhələdə aşkarlamaq üçün proqram yaradılıb
Bakı, 24 iyun, AZƏRTAC
ABŞ-ın Harvard Universiteti və Çinin Xuaçjun Elm və Texnologiyalar Universitetinin beynəlxalq tədqiqatçılar qrupu alsgeymer xəstəliyini ilkin mərhələdə aşkarlamaq üçün proqram hazırlayıb.
AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, proqram funksional maqnit-rezonans terapiyası və dərin kompyuter təlimi prinsiplərinin birgə işinə əsaslanır. Sistem neyronlarda oksigenin çox olmasına əsaslanaraq baş-beyində elektrik siqnallarının yerləşməsini və qarşılıqlı əlaqəsini qeydə alır. Alsgeymer xəstəliyi zamanı zülal çoxluğu neyronlarda oksigen çatışmazlığına səbəb olur.
Eksperiment zamanı alimlər orta koqnitiv pozuntulu xəstələrin 93 faizinin və zehni yaxşı vəziyyətdə olan 101 xəstənin göstəricilərini müqayisə ediblər. Beyinin hər nahiyəsində funksional maqnit-rezonans terapiyası vasitəsilə 130 ölçmə aparıldıqdan sonra tədqiqatçılar daha sıx əlaqələri göstərən funksional modellər qurublar.
Əldə olunan nəticələr proqramın köməyi ilə alsgeymer xəstəliyinin inkişafı haqqında sınaqda iştirak edənlərin cinsi, yaşı və genetik faktor riskləri barədə klinik məlumatlarla müqayisə edilib. Metodikanın proqnozlaşdırma gücü 80 faizi ötüb.
Yaxın vaxtlarda tədqiqatçılar proqramı təkmilləşdirərək onun tətbiqi sahəsini genişləndirmək niyyətindədirlər. Sistem həkimlərin istifadəsinə verilməmişdən əvvəl bir sıra sınaqlardan keçiriləcək.