İDMAN


Altay Həsənov: Bakı hər zaman irimiqyaslı yarışlar keçirməyə hazırdır

A+ A

Bakı, 24 iyul, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə bürünc medal qazanan Marina Durunda bizi çox sevindirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.

Bildirib ki, Azərbaycan Gimnastika Federasiyası artıq uzun illərdir müxtəlif iri tədbirlər keçirir və həmişə də uğurla təşkil edir. Düşünürəm ki, daha iri yarışları keçirmək iqtidarındayıq və öhdəsindən layiqincə gələ bilərik. Bakı hər zaman yarışlar keçirməyə və qonaqları qəbul etməyə hazırdır. Əsas odur ki, bizə insanlar idman xətti ilə, o cümlədən gimnastika yarışlarında iştirak etmək üçün gəlirlər. Görürəm ki, insanlar buradan dost kimi ayrılırlar. Bu, ölkəmizin çox böyük nailiyyətidir. İnsanlar yaxşı təəssüratlarla, bura qayıtmaq ümidi ilə gəlir və gedirlər.

Altay Həsənov vurğulayıb ki, Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku “Rio-2016” Yay Olimpiya Oyunlarından əvvəl son yarışlardır. Bu mərhələnin üstünlüyü ondadır ki, idmançılar öz güclərini sınayırlar.

Azərbaycanın idman ölkələri arasında ilk sıralarda olduğunu bildirən Altay Həsənov deyib: “Bunu ölkəmizdə keçirilən idman tədbirləri də göstərir. İnanıram ki, gün gələcək, biz futbol üzrə dünya çempionatını, Olimpiya Oyunlarını keçirəcəyik, çünki Azərbaycan artıq buna hazırdır və layiqdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.