DÜNYA
Altay gölünün dərinliyindən Kolçakın qızılları tapılıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Rusiya Federasiyasının Altay Respublikasında qızıl və qiymətli əşyalarla dolu araba tapılıb.
AZƏRTAC maya-planeta.ru saytına istinadla xəbər verir ki, bu araba Altayın Çemal rayonunda gölün dərinliyindən çıxarılıb.
Arxeoloqların rəyinə görə, bu tapıntı 1918-1919-ci illərdə Kolçakın hakimiyyəti dövründə Sibir hökumətinin ehtiyat kimi saxladığı qızılların bir hissəsidir. Alimlər bu sərvəti general Andrey Bakiçin arxivdə saxlanan əlyazmaları əsasında müəyyənləşdiriblər. O, yazılarında qiymətli əşyaları təsvir edib və onun təxmini yerini göstərib. Alimlər sərvətin məhz general A.Bakiçə məxsus olduğunu ehtimal edirlər.
Tədqiqatçılar tapıntıların dəqiq yerini və nədən ibarət olduğunu gizli saxlayırlar, çünki xəzinəaxtaranlar orada qazıntılar apara bilərlər. Arxeoloqlar bununla əlaqədar Çemal rayonunun hökumətindən lazımi ölçü götürməyi xahiş ediblər.