CƏMİYYƏT


Altı ay qarnındakı qayçı ilə yaşadı

Bakı, 10 avqust, AZƏRTAC

Türkiyənin Qaziantep vilayətində estetik əməliyyat olunan bir qadının qarnında qayçı qalıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Qürbətçi Əməl Bingöl adlı qadın altı ay sonra qarın ağrısı səbəbindən Almaniyadakı xəstəxanalardan birinə müraciət edib. Orada rentgen edilən Q.Ə.Bingölün qarnında qayçı qaldığı bildirilib. Türkiyənin Şanlıurfa vilayətindəki özəl xəstəxanalardan birində baş tutan cərrahi müdaxilə ilə qayçı qadının qarnından çıxarılıb.

Altı ay ərzində qarnında şişlər olduğunu, şiddətli ağrı hiss etdiyini və hərəkət etməkdə çətinlik çəkdiyini bildirən qadın ona dəyən maddi və mənəvi ziyana görə məhkəməyə müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.