İQTİSADİYYAT


Altı ayda 31310,6 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 31310,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə ümumi daxili məhsulun 42,1 faizi sənayedə, 10,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,1 faizi tikintidə, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 15,0 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ümumi daxili məhsulun 7,2 faizini təşkil edib.

Cari ilin altı ayında istehsal olunmuş ümumi daxili məhsulun 60,6 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 39,4 faizi isə neft-qaz sektorunda istehsal edilib. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3224,6 manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.