İQTİSADİYYAT


Altı ayda ARDNF-in büdcə gəlirləri 3 991,0 milyon manat, büdcə xərcləri isə 2 256,7 milyon manat olub

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 991,0 milyon manat, büdcə xərcləri isə 2 256,7 milyon manat təşkil edib.

Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 689,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 680,6 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 8,8 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 301,5 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində, ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 760,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 55,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,6 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat vəsait ayrılıb. Bundan başqa 9,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılıb.

Cari il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 8,5 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 65,4 milyon manat təşkil edib.

Bu il iyulun 1-ə ARDNF-in aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 4,6 faiz artaraq 35 117,9 milyon ABŞ dollarına bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.