İQTİSADİYYAT


Altı ayda Azərbaycana ümumilikdə 3483 ədəd avtomobil idxal olunub

Bakı, 10 iyul, AZƏRTAC

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 3483 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayında 910 ədəd və ya 35,37 faiz artım olub.

Ölkəyə gətirilən avtomobillərin 55 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2971 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 416 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 41 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.