İQTİSADİYYAT


Altı ayda Azərbaycanda neft emalı məhsullarının istehlakı 11,4 faiz artıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC 

Cari ilin yanvar-iyun aylarında ölkə daxilində əsas növ neft emalı məhsullarının istehlakı 1,9 milyon ton olub və 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumi istehlakın 30,3 faizini avtomobil benzini, 29,5 faizini mazut yanacağı, 22,6 faizini dizel yanacağı, 4,8 faizini aviasiya üçün və sair ağ neft, 4,4 faizini neft-kimya sənayesində istifadə üçün benzin, 4,0 faizini maye qaz, 3,0 faizini neft bitumu, 1,0 faizini sürtgü yağları, 0,4 faizini isə digər neft məhsulları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.