REGİONLAR
Altı ayda Tərtərdə 1360 yeni iş yeri yaradılıb
Tərtər, 16 iyul, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində cari ilin altı ayında Tərtər rayonunda 1360 yeni iş yeri yaradılıb ki, onun da 1008-i daimidir.
Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, yeni açılmış iş yerlərinin 70,2 faizi qeyri-dövlət sektorundadır. Daimi iş yerlərinin 21,4 faizi yeni, 22,8 faizi mövcud, 9,9 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda yaradılıb. İş yerlərinin 45,9 faizi isə fiziki şəxslər tərəfindən açılıb.
Regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını əhatə edən 2014-cu il yanvarın 1-dən 2016-cü il iyulun 1-dək olan dövr ərzində rayonda, ümumilikdə, 1880-i daimi olmaqla, 3790 yeni iş yerləri yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb VİDEO
- 23.04.2024 [10:17]