İQTİSADİYYAT


Altı ayda Vergilər Nazirliyinin Çağrı Mərkəzi 120 mindən çox zəngi cavablandırıb

Bakı, 16 iyul, AZƏRTAC 

2017-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 121 min 79 zəng cavablandırılıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergiödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 1 milyon 672 min 40 SMS, o cümlədən ikitərəfli mesaj xidmətinin istifadəçilərinə isə 641 min 952 SMS göndərilib.

Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 2 milyon 756 min 106 daxilolma qeydə alınıb.

Qeyd olunub ki, 2017-ci ilin iyulun 1-nə vergiödəyicilərinə ümumilikdə 329 min 176 sayda ASAN İmza sertifikatı verilib. Vergiödəyicilərinə xidmət mərkəzləri tərəfindən 293 min 82 vergi ödəyicisi qəbul edilərək onlara 458 min 513 sayda ünvanlı xidmət göstərilib.

2017-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 103 min 968 olub ki, bu da ötən ilin müvafiq dövründə qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayından 2 dəfə çoxdur. Qeydiyyata alınmış təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 16000 olub, 8540 sayda NKA və 3415 sayda POS-terminal qeydiyyatdan keçirilib.

Cari ilin yanvar-iyun ayları ərzində 1595 vergiödəyicisinə 3035 sayda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” təqdim edilib.

Həmin dövrdə təqdim edilməli vergi bəyannamələrinin 84,2 faizi vaxtında, onlardan 95,4 faizi elektron qaydada təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.