CƏMİYYƏT


Altı ayda avtomobil yollarının təhkim zolağında 97,5 min müxtəlif növ ağac və kol bitkisi əkilib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında avtomobil yollarının təhkim zolağında 97 min 532 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində 86 min 730 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 91 min 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

Yol Yaşıllaşdırma MMC-ləri Bakı şəhərində 95,9 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 96 min 786 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

Ümumilikdə, "Azəravtoyol" ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1551 kilometr magistral avtomobil yolunun, 1829 kilometr isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3 min 380 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 194 min 987 ədəd, o cümlədən 956 min 638 ədəd çoxillik ağac mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.