İQTİSADİYYAT


Altı ayda banklar 78 milyon dollar və 100 milyon avro satıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında manatın xarici valyutalara nəzərən məzənnəsi Mərkəzi Bankın 2015-ci ilin sonunda elan etdiyi yeni məzənnə rejimi çərçivəsində formalaşıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı "Pul siyasəti" icmalına istinadla xəbər verir ki, bu müddətdə valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,9 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,8 dəfə azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 79 faizi ABŞ dollarında, 21 faizi digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Bu ilin yanvar-iyun aylarında banklar tərəfindən satılan xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 milyon ABŞ dolları, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 milyon avro təşkil edib.

Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.