İQTİSADİYYAT


Altı ayda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 49,9 faiz artıb

Bakı, 22 iyul, AZƏRTAC

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-iyun ayında daşınmış yüklərin həcmi 3937,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9 faiz artıb. Yüklərin 47,6 faizini neft yükləri təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 5260,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 5047,5 min tonunu və ya 96 faizini tranzit yüklər təşkil edib. 2017-ci il iyul ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 134,1 min ton idxal yükləri olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,3 faiz artaraq 9,7 min nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.