İQTİSADİYYAT
Altı ayda əhalinin nominal gəlirləri 7,3 faiz artıb
Bakı, 19 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 23526,7 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2422,9 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 86,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21526,8 milyon manatlıq vəsait qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]