CƏMİYYƏT


Altı ayda paytaxt ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 16 iyul, AZƏRTAC

Bu ilin altı ayı ərzində Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hadisələr nəticəsində 84 nəfər ölüb, 264 nəfər yaralanıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı müvafiq olaraq 26 fakt (8 faiz) və 78 nəfər (22,8 faiz) azalıb. Ölənlərin sayında isə 11 nəfər (15,1 faiz) artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.