CƏMİYYƏT
Altı ayda respublika ərazisində 5244 yanğın qeydə alınıb
Bakı, 27 iyul, AZƏRTAC
Bu ilin altı ayında respublika ərazisində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bunun 1076-sı çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 2901-i açıq sahələrdə, 2-si meşə və meşə talalarında, 155-i nəqliyyat vasitələrində, 1110-u digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.
Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 98 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər (94 faiz), xəsarət alanlar üzrə 41 nəfər (72 faiz) çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]