İQTİSADİYYAT


Altı ayda vergiödəyicilərinə 458 mindən çox xidmət göstərilib

Bakı, 3 avqust, AZƏRTAC 

Hazırda sayı 57-yə çatan vergi xidmət mərkəzlərində bu ilin yanvar-iyun ayları ərzində 293 min 82 vergiödəyicisi qəbul edilib, onlara 458 min 513 xidmət göstərilib.

AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, xidmət mərkəzləri tərəfindən bu ilin yanvar ayında ən çox vergi uçotuna alınmaq (60,8 faiz) və bəyannamələrin elektron formada göndərilməsi ilə bağlı xidmətlər (12,8 faiz) göstərilib.

Qeyd olunub ki, 2016-cı ilin yanvar ayında ən çox göstərilmiş xidmət bəyannamələrin elektron göndərilməsi ilə bağlı (27,4 faiz) olub, vergi uçotuna alınma ilə bağlı xidmətlər isə ümumi xidmətlərin 22 faizini təşkil edib.

Aparılmış təhlillər nəticəsində cari ilin yanvar ayında xidmət mərkəzinə müraciət etmiş vergiödəyicilərinin və ya onların səlahiyyətli nümayəndələrinin 39,8 faizinin son bir ildə 4 dəfə və daha çox, 21,1 faizinin isə 2-3 dəfə e-xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etdiyi müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.