ELM VƏ TEXNOLOGİYA


Altı min il yaşı olan “cins parça” aşkar olunub

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Beynəlxalq alimlər qrupu Perunun şimal sahillərində altı mın yaşı olan indiqo boyası ilə boyanmış dünyanın ən qədim parçasını aşkar ediblər. Hazırda bu boyadan cins parçaların hazırlanmasında istifadə edilir.

AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, parça çirkdən bozardığı üçün alimlər əvvəlcə onun rəngini ayırd edə bilməyiblər. Parça dəfələrlə yuyulduqdan sonra onun göy rənglə boyandığı məlum olub.

Alimlərin sözlərinə görə, kimyəvi analizlərin nəticələri sübut edir ki, boyanın tərkibinə indiqotin və indirubin maddələri daxildir.

Qeyd edək ki, indiyədək yaşı dörd min il olan Misirdə tapılan indiqo boyası ilə boyanmış parça arxeoloji material hesab olunurdu.

İndiqo boyasından həm də mürəkkəb və akvarel hazırlanmasında istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.