REGİONLAR


Altı üzvü ali təhsilli olan ailənin sonbeşiyindən yüksək nəticə: 663 bal və qızıl medal VİDEO

A+ A

Quba, 11 avqust, Elxan Yusifli, AZƏRTAC

Quba rayonunun I Nügədi kəndindən olan Məhəmməd Cəbrayılov ötən tədris ilində məktəbi uğurla bitirərək qızıl medalla təltif olunan məzunlardandır.

AZƏRTAC xəbər verir ki, kənddəki Zəki Kərimov adına I Nügədi 1 saylı tam orta məktəbdə təhsil alan Məhəmməd ziyalı ailəsində böyüyüb. Dördü müəllim olmaqla, 6 nəfərdən ibarət ailənin bütün üzvləri ali təhsillidir.

2015-2016-cı tədris ilinin tam orta təhsil səviyyəsi üzrə attestasiyasından uğurla keçən Məhəmməd Cəbrayılovun təhsil nazirinin əmrinə əsasən qızıl medala layiq görülməsi onun ailəsinə və təhsil aldığı məktəbin kollektivinə böyük sevinc gətirib. Amma bu, Məhəmmədin yeganə uğuru deyil. O, qəbul imtahanlarında 663 bal toplayaraq təhsil aldığı məktəbin ən yüksək nəticə göstərən şagirdi olmağı bacarıb. Onunla yanaşı məktəbin daha 16 məzunu ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə göstərib.

Məhəmməd Cəbrayılov ötən tədris ilində keçirilən respublika fənn olimpiadalarının da qalibi olub. O, coğrafiya fənni üzrə qatıldığı yarışmada birinciliyi əldə edib. Həmçinin bir sıra intellektual oyunlarda da yüksək nəticələr göstərməyi bacarıb.

Məhəmməd təhsilini iqtisadiyyat üzrə davam etdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.