ELM VƏ TƏHSİL


Altı yüzdən yuxarı bal toplayan abituriyentlər UNEC-də

Bakı, 18 iyul, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Liseyi, “Gənc istedadlar” liseyini və “Hədəf” kurslarını bitirərək qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektorun köməkçisi Ramil Cabbarov abituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib. O, UNEC-də tədris edilən ixtisaslar, “SABAH” qrupları, təqaüd və ikili diplom proqramlarından söz açıb. Rektor köməkçisi elektron universitet modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, eyni zamanda, abituriyentlərin suallarını cavablandırıb.

Sonra abituriyentlər üçün UNEC ərazisində infotur təşkil edilib. Onlar yay məktəbində iştirak edən tələbələrin imtahan prosesini izləyiblər, maliyyə laboratoriyası, virtual müəssisə, oxu zalı, kitabxana ilə tanış olublar. İnfotur çərçivəsində abituriyentlər ilk dəfə auditoriyada əyləşmək həyəcanını da yaşayıblar.

Abituriyentlərə Yaradıcılıq Mərkəzi və “Radio UNEC” barədə də məlumat verilib. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirən abituriyentlər buraya UNEC tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.