DÜNYA


Əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul hava limanlarında 463 reys təxirə salınıb

İstanbul, 26 yanvar, АZƏRTAC

Türkiyədəki əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 26-da və 27-də İstanbulun “Atatürk” və “Sabiha Gökçen” hava limanlarında nəzərdə tutulan 463 aviareys təxirə salınıb.

Rəsmi məlumata görə, təxirə salınan reyslərin 327-si “Türk Hava Yolları”nın (THY) payına düşür. Ləğv edilən və yaxud vaxtı dəyişən reyslərlə bağlı sərnişinlərə əlavə məlumat vermək üçün “THY” şirkətində və hava limanlarında “qaynar xətt” yaradılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.