DÜNYA


Alyaska səmasında iki təyyarə toqquşub

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarənin havada toqquşması nəticəsində 5 nəfər həlak olub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, alınan məlumata əsasən, göyərtəsində 3 nəfərin olduğu “Cessna 208 Caravan” tipli təyyarə və göyərtəsində 2 nəfərin olduğu “Piper PA-18 Super Cub” tipli təyyarə ilə eyni vaxtda əlaqə kəsilib. Axtarışlar nəticəsində Bethel şəhərindən təxminən 100 kilometr şimalda hər iki təyyarənin qalıqları və 5 cəsəd aşkarlanıb.

Qəzanın baş verdiyi vaxt havanın buludsuz olduğu və hadisənin baş vermə səbəblərinin hələ müəyyənləşmədiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.