DÜNYA


Alyaskada böyük neft ehtiyatı kəşf edilib

A+ A

Bakı, 6 oktyabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın Alyaska ştatında böyük neft ehtiyatı kəşf olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi Texasda yerləşən “Caelus Energy” şirkəti məlumat yayıb. Şirkətin şərhində Alyaskanın şimal-qərbində, qütb bölgəsindəki “Smith Bay” adlı bölgədə 10 milyard barrel xam neft ehtiyatının olduğunun təxmin edildiyi bildirilir.

Şirkətin kəşf olunan miqdarın 6 milyard barreli üzrə axtarış və çıxarma icazəsi var. Bu həcmin də 30 və ya 40 faizi üzrə istehsalın mümkün olduğu təxmin edilir və gündəlik orta hesabla 200 min barrel xam neft çıxarıla biləcəyi deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.