ELM VƏ TƏHSİL


Alyaskada buzun altında qədim piramıdalar aşkarlanıb

Bakı, 9 fevral, AZƏRTAC 

Alyaskada alimlər buz laylarının altında qədim piramidaların olduğunu aşkarlayıblar.

AZƏRTAC “runews24.ru” saytına istinadla xəbər verir ki, dünyada ən qədim tikilini geoloqlar Alyaskaya piyada ekspedisiya zamanı tapıblar. Əsrlərlə buzun altında qalan əsrarəngiz tikili həcminə görə Qize kompleksindəki məşhur Misir piramidasından böyükdür.

Süxur nümunələrini tədqiq edən mütəxəssislər bildiriblər ki, Alyaskada aşkarlanmış “tapıntı” daşlardan ibarətdir. Bu da piramidaları hər hansı təbiət hadisəsi nəticəsində yaranmadığını göstərir. Daşlar səliqə ilə döşənib və bir-birinə möhkəm birləşdirilib.

Alimlər tikilini daha ətraflı öyrənmək niyyətindədirlər.

Qeyd edilir ki, Alyaskanın yerli xalqlarının folklor nümunələrində tikintidə cinlərin yaşaması barədə xatırlatma da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.