ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu Şah İsmayıl Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

Bakı, 5 avqust, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu “Divan”ının surətini əldə edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ismaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu “Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanıb.

Maraqlıdır ki, İbrahimin Cahinin anadilli şeirlər toplusunda şifahi xalq ədəbiyyatı janrlarında yazılan şeirlər də var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.