ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu yeni müqavilə imzalayıb

Bakı, 16 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, dörd il müddətinə bağlanmış müqavilənin məqsədi qədim çap kitablarının və əlyazmaların toplanması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi, nəşri və təbliğ yolu ilə Azərbaycan xalqının elmi və ədəbi-mədəni potensialını, həmçinin milli və dini dəyərlərini dünyaya nümayiş etdirməkdir. Tərəflər üzərlərinə əməkdaşlarının qədim əlyazma və çap kitabları ilə tanışlığı, tədqiqat məqsədilə əlyazmaların surətlərinin çıxarılmasına şərait yaradılması, gənc kadrların nəzəri və praktik hazırlığının təşkili və s. vəzifələri götürüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.