ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunda “Süruri. Divan” kitabı çapa hazırlanır

Bakı, 7 fevral, AZƏRTAC 

Türkiyə və Vatikan kitabxanalarından əldə olunmuş əlyazma materialları əsasında Azərbaycan şairi Sürurinin əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən araşdırılır və “Süruri. Divan” kitabı çapa hazırlanır.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrə XV əsrin sonu XVI əsrin əvvəllərində yaşamış Sürurinin həyat və yaradıcılığı haqqında məlumatlar və şairin şeirləri daxil edilib.

Nəsimi ədəbi məktəbini davam etdirmiş Sürurinin yaradıcılığında vətənpərvərlik, lirik-aşiqanə şeirlər üstünlük təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.