İDMAN


Alyona Kolesnik güləş yarışlarını ikinci pillədə başa vurub

Bakı, 21 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik (58 kq) də yarışı gümüş medalla başa vurub.

AZƏRTAC xəbər verir ki, Avropa çempionu Alyona Kolesnik Qırğızıstan güləşçisi Aysulu Tinibekova ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançımızın görüşünə baxıblar.

Bu çəki dərəcəsində bürünc medala Türkiyə güləşçisi Dərya Bayhan layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.