İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu 4 bank üzrə 949 min 994 manatdan çox kompensasiya ödəyib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 1-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 561 min 529 manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 199 min 830 manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 65 min 270 manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 123 min 365 manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 949 min 994 manatdan artıq kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) AZƏRTAC-a verilən məlumatda bildirilib.

İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 1-dən ƏSF "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.