İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu "Bank Standard"ın tələblərini qeydə almağa başlayıb

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Bank Standard" Kommersiya Bankının tələblərini qeydə almağa başlayıb.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə "Bank Standard" Kommersiya Bankı müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu oktyabrın 4-dən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri, eləcə də kreditorun adı, ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumatları təqdim etməlidirlər.

Kreditorlardan bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.