İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb

A+ A

Bakı, 29 yanvar, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC və "Rabitə Bank" ASC seçilib. Agent banklardan məlumat almaq istəyənlər "933" - "Muğanbank" ASC-nin qaynar xətti və "133" - "Rabitə Bank" ASC-nin qaynar xətti vasitəsilə əlaqə saxlaya bilərlər.

Fond əmanətçilərin ərizələrini bu gündən başlayaraq bir il ərzində qəbul edir. Müraciət edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.