İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu "Royalbank"ın kreditorlarına və borclularına müraciət edib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) "Royalbank" ASC-nin kreditorlarına və borclularına müraciət edib.

ƏSF-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt (81)-2410/2012 saylı 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Royalbank" ASC-nin ləğvedicisi "Azerbaijan International Consulting Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib. Qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Ləğv prosesində olan "Royalbank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Bülbül prospekti 40, 4-cü mərtəbə, əlaqə nömrələri: (012) 596 65 91/92/93 və"941" nömrəli qaynar xətt.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.