İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fondu dörd bankın qorunan əmanətçilərinə müraciət edib

Bakı, 19 iyul, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş dörd bankın qorunan əmanətçilərinə müraciət edib.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinin diqqətinə çatdırır ki, qorunan əmanətçilərə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üçün son gün avqustun 1-i hesab olunur. Bununla əlaqədar olaraq kompensasiyaların alınması üçün müraciət etməyən qorunan əmanətçilərdən avqustun 1-dək kompensasiyaların geri alınması üçün fonda müraciət etmələri xahiş olunur.

Fonddan AZƏRTAC-a bildiriblər ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3.-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qeyd edək ki, 2007-ci il avqustun 13-də 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Dekabank" ASC, 2009-cu il fevralın 27-də 41 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan "Kredobank" ASC, 2007-ci il iyulun 30-da 24 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan "Parabank" ASC, 2007-ci il iyulun 30-da tarixdə 23 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan "Zaminbank" ASC-də 2016-cı il iyulun 25-də sığorta hadisəsi baş verib.

"Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.4.-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Fondun "Kompensasiyaların ödənilməsi proseduruna dair" Qaydalarının 11-ci maddəsinə uyğun olaraq Qanunun 28.4-cü maddəsində qeyd edilən əmanətçinin müraciətini qeyri-mümkün etmiş hallara əmanətçinin Silahlı Qüvvələrin tərkibində həqiqi hərbi xidmətdə olması, ağır xəstəliyi, qarşısı alınmaz qüvvənin təsiri, məhkəmə qərarı ilə müraciət müddətinin uzadılması aiddir. Bu kimi hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Qeyd edilən sənədlər təqdim edilmədiyi halda əmanətçiyə müraciət müddətini ötürməsi ilə əlaqədar kompensasiya ödənilməsindən imtina olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.